NBA: “Filadelfiya”, “Nyu-York Niks” və “Sakramento”dan ev qələbəsi

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) növbəti qarşılaşmalar keçirilib.
BrendSport.az xəbər verir ki, ötən gecə baş tutan hər üç oyunda ev sahibi komandalar qələbə qazanıb.
“Filadelfiya” “Portlend Treyl Bleyzers”i 109:103, “Nyu-York Niks” “Qolden Steyt Uarriors”u 110:107, “Sakramento” isə “Yuta Caz”ı 116:111 hesabı ilə üstələyib.
Facebook-da paylaş






















