NBA-da daha iki oyun keçirilib

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha iki oyun keçirilib.
BrendSport.az xəbər verir ki, “Çikaqo Bulls” doğma meydanda “Klivlend Kavalyers”ə 127:111 hesabı ilə qalib gəlib.
“Memfis Qrizlis” isə səfərdə “Minnesota”nı 116:110 hesabı ilə üstələyib.
Bu nəticələrdən sonra “Minnesota” Qərb Konfransının turnir cədvəlində altıncı, “Memfis Qrizlis” doqquzuncu sıradadır.
Şərq Konfransında isə “Klivlend Kavalyers” doqquzuncu, “Çikaqo Bulls” onuncu pillədə yer alıb.
Facebook-da paylaş





















