Əsas Səhifə > Dünya idmanı > NBA-da daha iki oyun keçirilib
NBA-da daha iki oyun keçirilibDünən, 12:29 |
![]() ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha iki oyun keçirilib. BrendSport.az xəbər verir ki, “Çikaqo Bulls” doğma meydanda “Klivlend Kavalyers”ə 127:111 hesabı ilə qalib gəlib. “Memfis Qrizlis” isə səfərdə “Minnesota”nı 116:110 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra “Minnesota” Qərb Konfransının turnir cədvəlində altıncı, “Memfis Qrizlis” doqquzuncu sıradadır. Şərq Konfransında isə “Klivlend Kavalyers” doqquzuncu, “Çikaqo Bulls” onuncu pillədə yer alıb. Geri qayıt |