“Barselona”nın futbolçusu “Valensiya” ilə oyunun ABŞ-da keçirilməsinə qarşı çıxıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Frenki de Yonq La Liqada “Vilyarreal”la keçirəcəkləri matçın ABŞ-da təşkilinə qarşı çıxıb.
BrendSport.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi bunun ədalətsizlik olduğunu bildirib.
Təcrübəli oyunçu hesab edir ki, İspaniya çempionatının oyununun başqa ölkədə keçirilməsi idman prinsiplərini pozur: "Vilyarreal”la oynamaq Mayamiyə getməyimiz xoşuma gəlmir və bununla razı deyiləm. Bu, sağlam rəqabətə qarşı ədalətsizlikdir. İndi neytral meydanda səfər matçı keçirəcəyik. Bu, düzgün deyil”.
Qeyd edək ki, La Liqa rəhbərliyi “Barselona” – “Vilyarreal” matçının dekabrın 20-də Mayamidəki "Hard Rok” stadionunda oynanılmasına qərar verib. Bu, İspaniyadan kənarda keçiriləcək ilk çempionat oyunu olacaq.
Facebook-da paylaş
