Almaniyalı futbolçu "Real"la müqaviləsinin müddətini uzadacaq
Almaniyalı futbolçu Toni Kroos İspaniyanın "Real"la klubu ilə müqavilə müddətini uzadacaq.
BrendSport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçinin "Kral klubu" ilə 2025-ci ilə qədər müqavilə bağlayacağı bildirilib. Anlaşmanın detalları ilə bağlı əlavə məlumat qısa müddətdə açıqlanacaq.
2014-cü ildən "Real"ın şərəfini qoruyun Toni Kroosun hazırkı müqaviləsinin müddəti bu yay başa çatacaq.
Qeyd edək ki, futbolçu 3 ildən sonra yenidən Almaniya millisinə çağırılıb. O, AVRO-2024-də iştirak edəcək.
Facebook-da paylaş