"Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb
İspaniyanın "Real Madrid" klubu daha bir futbolçusu Dani Sebalyosun müqaviləsinin müddətini uzadıb.
BrendSport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Dani Sebalyos ötən mövsüm La Liqada 30 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Kral klubu" daha əvvəl Toni Kroos və Naço Fernandeslə də müqaviləsinin müddətini artırıb.
Facebook-da paylaş