Əsas Səhifə > Dünya idmanı > Almaniyalı futbolçu "Real"la müqaviləsinin müddətini uzadacaq

Almaniyalı futbolçu "Real"la müqaviləsinin müddətini uzadacaq


27-03-2024, 17:37


Almaniyalı futbolçu Toni Kroos İspaniyanın "Real"la klubu ilə müqavilə müddətini uzadacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçinin "Kral klubu" ilə 2025-ci ilə qədər müqavilə bağlayacağı bildirilib. Anlaşmanın detalları ilə bağlı əlavə məlumat qısa müddətdə açıqlanacaq.

2014-cü ildən "Real"ın şərəfini qoruyun Toni Kroosun hazırkı müqaviləsinin müddəti bu yay başa çatacaq.

Qeyd edək ki, futbolçu 3 ildən sonra yenidən Almaniya millisinə çağırılıb. O, AVRO-2024-də iştirak edəcək.
Geri qayıt