Bundesliqada bu mövsüm qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər müəyyənləşib
Almaniya Bundesliqasında bu mövsüm qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər müəyyənləşib.
BrendSport.az xəbər verir ki, "Bayer 04"ün qapıçısı Lukas Hradeçki bu göstəricidə liderdir.
34 yaşlı finlandiyalı qapıçı Almaniya çempionatında 12 "quru" oyun keçirib.
Onu 8 matçda qapısını toxunulmaz saxlamağı bacaran "Ştutqart"ın qapıçısı Aleksandr Nübel və 7 matçda qol buraxmayan "Frayburq"un "çərçivə qoruyucusu" Noah Atubolu izləyir.
Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer 04" 26 turdan sonra 70 xalla Bundesliqada liderdir.
Facebook-da paylaş