Narkotik aludəçisi olan keçmiş futbolçu: Həyatın əllərimdən sürüşdüyünü hiss edirəm
İtaliyanın “Yuventus”, “İnter” və “Roma” komandalarında çıxış etmiş Dani Osvaldo depressiyadan əziyyət çəkdiyini bildirib.
BrendSport.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, psixoloji vəziyyətinin yaxşı olmadığını söyləyib: “Mənim üçün çox çətindir. Hazırda alkoqol və narkotikdən asılı olmuşam. Həyatın əllərimdən sürüşdüyünü hiss edirəm. Müalicə alıram. Lakin məhvə doğru getdiyimi hiss edirəm. Yaxşı futbolçu və insan olmuşam. Yenidən əvvəlki Dani olmağı arzulayıram. İndi isə nə sabit işim, nə də pulum var. Dostlarımdan və ailəmdən üzr istəyirəm. Səhvlər etdiyimi qəbul edirəm. Hər kəsdən xahişim odur ki, keçmişimə qayıtmağa kömək etsinlər”.
Qeyd edək ki, Dani Osvaldo 14 dəfə İtaliya millisinin formasını da geyinib.
Facebook-da paylaş