"Mançester Yunayted" "Bayer 04"də çıxış edən dünya çempionunu transfer etmək istəyir
Almaniyanın "Bayer 04" klubunun futbolçusu Esekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər.
BrendSport.az xəbər verir ki, "Mançester Yunayted" 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
"Qırmızı şeytanlar" argentinalı oyunçu üçün "Aston Villa" və "Nyukasl" ilə mübarizə aparacaq.
Qeyd edək ki, Esekiel Palasios cari mövsüm bütün turnirlərdə 22 matçda iştirak edib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Palasios 2022-ci ildə Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Xatırladaq ki, "Bayer 04" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la üz-üzə gələcək.
Facebook-da paylaş