Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaponiyalı beysbolçu idman tarixinin ən böyük müqaviləsinə imza atıb



Yaponiyalı beysbolçu Syohey Ohtani Beysbol Böyük Liqasının “Los Anceles Dodgers” komandası ilə müqavilə imzalayıb.

BrendSport.az
xəbər verir ki, bu barədə idmançı instaqram səhifəsində məlumat verib.

Ohtani ilə müqavilə 10 illikdir və bu müddətdə futbolçu 700 milyon ABŞ dolları qazanacaq.

Bu dünya idman tarixində ən böyük müqavilədir. Əvvəlki rekord 2020-ci ilin iyulunda Amerika futbolunda “Kanzas Siti” klubunun yarımmüdafiəçisi Patrik Mahomes komanda ilə 503 milyon dollar dəyərində 10 illik müqavilə imzaladığı zaman qeydə alınıb.


Facebook-da paylaş

Xəbəri paylaş