EMİLİYA MİTLİNOVA DÜNYA ÇEMPİONU OLDU
Macarıstanda karate üzrə Dünya Çempionatı başa çatdı.
BrendSport.az xəbər verir ki, Paytaxt Budapeştdə reallaşan yarışın son günündə mükafatlar uğrunda görüşlər keçirildi. Parakarateçimiz Emiliya Mitlinova final qarşılaşmasında çexiyalı həmkarı ilə üz-üzə gəldi. Fəndləri daha dəqiq yerinə yetirən millimizin üzvü fəxri kürsünün zirvəsinə qalxdı.
EMİLİYA MİTLİNOVA – DÜNYA ÇEMPİONU
“Bu günə mən uzun illər idi hazırlaşırdı. İlk Dünya Çempionatın istədiyim kimi alınmamışdı, üçüncü yerə çıxmışdım. O vaxt qarşıma məqsəd qoyum ki, çempion olub, qızıl medal qazanacam. Və budur istəyimə çatdım və qızıl medalı əldə etdim. Bundan sonra karate Olimpiya Oyunlarına salınsa, növbəti hədəfim paralimpiadanın qızıl medalı olacaq. Amma hələlik bu mənim ən böyük uğurumdur”.
Facebook-da paylaş