Dünya Kuboku: Azərbaycan triatlonçusu bürünc medal qazanıb
Çinin Çendu şəhərində keçirilən Triatlon üzrə Dünya Kubokunda Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov bürünc medal qazanıb.
BrendSport.az xəbər verir ki , gərgin mübarizə şəraitində keçən yarışda finişə eyni göstəricilərlə çatan ikinci və üçüncü yerlərin qalibləri “Foto finish” ilə təyin olunub.
Qeyd edək ki, Rostislav Pevtsov yarışın qalibindən cəmi 6 saniyə geri qalıb.
Facebook-da paylaş