Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Ayaks” tarixinin ən pis mövsümünə start verib




Niderlandın "Ayaks" futbol klubu tarixində ən pis mövsümə start verib.

BrendSport.az
xəbər verir ki , komanda bir gün əvvəl “Erediviziya”nın (Niderland futbol çempionatının ən yüksək divizionu - red.) VIII turunun ev oyununda "AZ Alkmaar"a 1:2 hesabı ilə uduzub.

Amsterdam klubu yeni mövsümün ilk 6 matçında 5 xal toplayıb – bu, Niderlandın ən titullu klubunun tarixində ən pis başlanğıcdır. Həmçinin, “Ayaks” ardıcıl 7 oyunda (3-ü Avropa Liqasında, 4-ü “Erediviziya”da) qələbə qazana bilməyib.

Bundan başqa, komanda 1999-cu ilin aprelindən sonra ilk dəfə ölkə çempionatında ardıcıl üç oyunda məğlub olub. 1999-cu ildəki antirekord 4 ardıcıl məğlubiyyət idi. Eyni zamanda “Ayaks” 2001-ci ilin noyabrından ilk dəfə Niderland çempionatında ardıcıl iki ev oyununda məğlub olub.

Moris Steynin yetirmələri Niderland çempionatının 6 turundan sonra 5 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş