DÇ-2024: Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlanıb
Futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb.
BrendSport.az xəbər verir ki, qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Hakimlər: Kirill Naişouler, Arttu Kiynaeraeynen, Paavo Komppa (hamısı Finlandiya).
Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Şon Dipple (İngiltərə).
Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Facebook-da paylaş