Malayziyada badminton idman növünün sirlərini öyrənən yeniyetmələrimizlə görüş olub
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov iki il müddətində Petronans Malayziya Badminton Akademiyasında bu idman növünün sirlərinə yiyələnəcək yeniyetmə badmintonçularımız Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb.
BrendSport.az xəbər verir ki, görüşdə federasiyanın baş katibi Ramil Hacıyev də iştirak edib.
İrfan Davudov səfirlik olaraq yeniyetmə idmançılarımıza daim dəstək olacaqlarını və onların burada idmançı kimi inkişafı baxımdan əllərindən gələni etməyə hazır olduqlarını bildirib.
Facebook-da paylaş