Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Olimpiyadaya vəsiqə qazanıb



BrendSport.az saytı xəbər verir ki, 7-9 may 2021-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində parataekvondo üzrə Avropa təsnifat turniri keçirilib. 15 ölkənin iştirakı və 25-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, 2 qat Dünya, 4 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. Gərgin keçən final döyüşündə idmançımız rəqibini qızıl xalla məğlub edib.
İdmançımız avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.
21 may 2021-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançını qəbul edərək, onu qazandığı naliyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim olunub.

BrendSport.az


Facebook-da paylaş

Xəbəri paylaş