"İdman sağlamlıqla yanaşı, həm də insanda gün ərzində ruh yüksəkliyi yaradır"
Vəliyev Vüsal Həsən oğlu 18 oktyabr 1972-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində zəhmətkeş ailəsində dünyaya göz açıb.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin məzunudur. "Xəyallı dağlar" kitabının müəllifidir. Onunla qısa söhbətimiz oldu.
- Vüsal müəllim, bir yazar kimi idmana olan münasibətiniz?
-İdman həyatdır. Hamı bu həyatı yaşayır, kimisi qısa zaman kəsiyində, kimisi isə özünə ömürlük peşə seçir bunu. Mən özüm də idman sevirəm və çalışıram ki, hər gün məşğul olum. Çünki idman sağlamlıqla yanaşı, həm də insanda gün ərzində ruh yüksəkliyi yaradır. Olimpiya və dünya çempionlarımızın xarici ölkələrdə bayrağımızı qaldırmaları, himnimizi səsləndirmələri, insanda bir fəxarət yaradır. Bu hissi söznən ifadə eləmək çətindi.
- Mövzularınızda idman sahəsinə toxunursunuzmu?
- O baxır mövzuya. Sirf idman məsələsi olmasa da, idmanın bir sağlam həyat tərzi olduğunu təbliğ etməyə çalışıram.
- Fikirlərinizə görə sağ olun.
- Siz də sağ olun.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş