Şenol Günəş Kokorin üçün rəhbərliyə müraciət etdi
"Zenit”in hücumçusu Aleksandr Kokorin Türkiyə Superliqasında oynamağa yaxındı.
"Yeniçağ Qazetesi” xəbər verir ki, baş məşqçi Şenol Günəş rus forvardın transfer olunması üçün rəhbərliyə müraciət edib. Mənbə İstanbul klubuyla "Zenit” arasında danışıqların başladığını vurğulayıb.
Kokorin cari mövsüm "Zenit”in formasıyla 3 oyuna çıxaraq 1 qol vurub. O, ötən "futbol ili”nin yarısını və hazırkı sezonun əvvəlini xaçvari bağları qopduğu üçün kənardan izləyib.
Facebook-da paylaş