"Vorskla"nın erməni oyunçusu da ölkəmizə gəlməyəcək
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.
Qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır.
Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə eyni qrupda mübarizə aparacaq. "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan da Bakıya gətirilməyəcək. "Sportinq"də isə erməni futbolçu yoxdur.
Facebook-da paylaş