Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gözdən Əlil Şahmat və Dama Federasiyası mətbuat konfransı keçirdi



Avqustun 17-də Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov federasiyanın fəliyyətindən söz açaraq qarşıda duran vəzifələrdən danışdı və tədbirin qurumun yeni heyətinin yaradılmasına həsr olunduğunu dedi.

BrendSport.az saytı xəbər verir ki, o, federasiyanın fəxri prezident vəzifəsinin təsis olunduğunu, bundan sonrakı dövr ərzində səlahiyyət bölgüsünü fəxri prezidentin həyata keçirəcəyini və bu vəzifəni icra edən şəxsin gələcəkdə federasiya prezidenti olacağını qeyd etdi. Nazirliyin nümayəndəsi federasiyanın fəxri prezident vəzifəsinə iş adamı Səbuhi Rəcəbin təyin olunduğunu açıqladı. Bildirildi ki, bundan sonra fəxri prezident federasiyanın fəaliyyəti ilə bağlı bütün məsələlərə-qəbul edilən qərarlar, federasiya adından müraciətlər, rəsmi məktub və digər sənədlərin imzalanması, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq siyasətinin həyata keçirilməsi, onun maddi-texniki bazasının, illik təqvim planının formalaşdırılması və icra edilməsinə rəhbərlik edəcək.



Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının prezidenti Camal Cabbarov çıxış edərək ölkəmizdə idman siyasətinin dövlət tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Şahmat və damanın insan yaddaşı üçün sanki gimnastika olduğunu deyən federasiya prezidenti gözdən əlil idmançılar üçün bu növün böyük əhəmiyyətindən danışdı.

O, qeyd etdi ki, federasiyanın fəaliyyətini daha da gücləndirmək üçün qurumun üzvlərinin sayının artırılması, fəxri prezidentin və idarə heyətinə yeni üzvlərin seçilməsi zərurəti yaranıb.



Günel Məmmədhəsənova, Fərəh Quliyeva, Lətifə Fətəliyeva, Ləman Əsgərova, Vlada Axundova, Tərlan Fərzullayev, Zümrüd Mirzəliyeva, Səbuhi Rəcəb və Murad Rəcəb federasiyanın üzvləri seçildiyi diqqətə çatdırıldı.

Sonra çıxış edən federasiyanın fəxri prezidenti Səbuhi Rəcəb dünyanın qabaqcıl ölkələrindən biri olan Azərbaycanın, həm də idman ölkəsi kimi diqqəti cəlb etdiyini bildirdi. Federasiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının vacibliyini qeyd edən Səbuhi Rəcəb gələcəkdə şahmat və dama üzrə perspektivli idmançıların hazırlanması və yarışlarda iştirakı üçün köməyini əsirgəməyəcəyini qeyd etdi. İdmana yeniyetmə yaşlarından bağlanan, karate, peşəkar boks kimi növlərlə məşğul olduğunu deyən Səbuhi Rəcəb federasiyanın daha uğurla fəaliyyət göstərməsində əsas məqsədin Azərbaycanın idman şərəfini beynəlxalq arenalarda yüksəklərə qaldırmaq olduğunu dedi: “Bu gün hər birimiz Azərbaycanın yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olmasından böyük qürur hissi keçiririk. Ümid edirik ki, gələcəkdə gözdən əlil şahmat və damaçılarımız da yüksək nailiyyətlər əldə edərək idmanımızın inkişafına öz töhfələrini verəcəklər. İdmana bağlı bir insan kimi, söz verirəm ki, daim gözdən əlil şahmat və damaçıların yanında olacağam və köməyimi əsirgəməyəcəyəm”.


Facebook-da paylaş

Xəbəri paylaş