Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Yuventus" yetirməsi ilə yollarını ayırdı



"Yuventus” Klaudio Markizio ilə yolları ayırıb. İtalyan yarımmüdafiəçi klubla müqaviləni qarşılıqlı şəkildə razılaşaraq, pozub. 32 yaşlı futbolçunun müqavilə müddəti 2020-ci ilə qədər idi. "Yuve" Markizionun klubdan ayrılması ilə bağlı təşəkkür məktubu yayımlayıb.

Markizio 1993-cü ildən "Yuve”nin aşağı yaş qruplarında forma geyinməyə başlayıb. 2006-cı ildən isə "qoca sinyora”nın əsas komandasında çıxış edirdi. O, bu müddətdə yalnız 2007/08 mövsümündə "Empoli”də icarədə olub.


Facebook-da paylaş

Xəbəri paylaş