Əsas Səhifə > Digər > "Yuventus" yetirməsi ilə yollarını ayırdı
"Yuventus" yetirməsi ilə yollarını ayırdı17-08-2018, 14:47 |
"Yuventus” Klaudio Markizio ilə yolları ayırıb. İtalyan yarımmüdafiəçi klubla müqaviləni qarşılıqlı şəkildə razılaşaraq, pozub. 32 yaşlı futbolçunun müqavilə müddəti 2020-ci ilə qədər idi. "Yuve" Markizionun klubdan ayrılması ilə bağlı təşəkkür məktubu yayımlayıb. Markizio 1993-cü ildən "Yuve”nin aşağı yaş qruplarında forma geyinməyə başlayıb. 2006-cı ildən isə "qoca sinyora”nın əsas komandasında çıxış edirdi. O, bu müddətdə yalnız 2007/08 mövsümündə "Empoli”də icarədə olub. Geri qayıt |