Mübariz Mənsimov "Xəzər Lənkəran"ın taleyinə aydınlıq gətirdi
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmasından sonra ilk dəfə bu barədə fikir bildirib.
Özünün Feysbuk hesabında paylaşım edən Mənsimov klubun hər zaman yaşayacağını bildirib:
“Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin burda futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.
Xatırladaq ki, 2004-cü ildə yaradılan klub 2016-cı ildə fəaliyyətini dayandırıb.
Facebook-da paylaş