Quti rəsmən "Beşiktaş"da
"Beşiktaş"ın keçmiş oyunçusu Quti Hernandez Şenol Güneşin köməkçisi təyin olunub. Xəbəri 41 yaşındakı ispan ulduz özünün "İnstaqram" səhifəsində paylaşıb.
Quti fikirlərini belə səsləndirib: "Futbolçu və məşqçi kimi fəaliyyət göstərdiyim "Real Madrid"ə təşəkkür edirəm. Bir neçə gün sonra isə "Beşiktaş"da köməkçi məşqçi kimi işə başlayacam. Bununla da peşəkar məşqçilik fəaliyyətimi artıracağam.
"Beşiktaş"ın mənə göstəridiyi sevgi və etimad üçün minnətdaram. Əmin olsunlar ki, bütün imkanlarımdan istifadə edib bu etimadın qarşılığını verəcəyəm. Özüm də, ailəm də yeni İstanbul macərasının başlamasını səbirsizliklə gözləyirik".
Qeyd edək ki, Quti Hernandez 5 ilə yaxındır ki, "Real Madrid"in aşağı yaş qruplarında məşqçilik edir.
Facebook-da paylaş