Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qrizmann son qərarını verdi

Qrizmann son qərarını verdi

“Atletiko”nun hücumçusu Antuan Qrizmann yekun qərarını açıqlayıb. Fransalı forvard bunu tvitter səhifəsi vasitəsilə edib.

Belə ki, ulduz futbolçu kiçik videoçarx hazırlayaraq, komandada qalacağını bəyan edib: “Mənim fanatlarım, komandam, evim. Yeni layihələr və transferlər barədə məlumat aldım. Bu, möhtəşəmdi. Rəhbərlik Çempionlar Liqasını qazanmağımız üçün əlindən gələni edəcək. Dünya çempionatının startından bir gün əvvəl “Atletiko”da qalmağı qərara aldım. Üzərimdə təzyiq var. Hər kəsə göstərəcəm ki, klubuma, komanda yoldaşlarıma güvənməkdə səhv etməmişəm”.

Qeyd edək ki, Antuan Qrizmannın “Barselona”ya transferi gözlənilirdi.


Facebook-da paylaş

Xəbəri paylaş