Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FHN-in əməkdaşı dünya ikincisi oldu



Budapeştdə kempo-karate döyüş növü üzrə dünya çempionatı keçirilib.

BrendSport.az saytı xəbər verir ki, yarışda 70-ə yaxın ölkənin idmançıları qüvvələrini sınayıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüstəm Müslümov yarışda ölkəmizi uğurla təmsil edib. O, 80 kiloqram çəki dərəcəsində gümüş mükafata sahib olub. İdmançımız Polşa və Əlcəzair təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda fransalı döyüşçüyə minimal hesabla məğlub olan R.Müslümov gümüş medala layiq görülüb.

R.Müslimov bu döyüş növü üzrə dəfələrlə respublika çempionatının və beynəlxalq turnirlərin qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş