Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin italiyalı istedadını "Milan"da bəyəniblər



"Neftçi"nin aşağı yaş qruplarında çıxış edən və özünün kifayət qədər yaxşı göstərən italyan əsilli Lorenzo Mezzotero "Milan"a gedib.

Ancaq onun vətəninə hansı şərtlərlə, birdəfəlik və ya müvəqqəti getdiyi açıqlanmayıb. Bu üzdən klubun mətbuat katibi Anar Şabanoğluya müraciət etdik. Anar bəy Sport7.az-a açıqlamasında bunları bildirdi:

"İtaliya Azərbaycan deyil. Onlar hər il ölkə xaricində oynayan istedadlı uşaqları çağırıb yoxlayırlar. Bu dəfə də elə oldu. Lorenzo da ölkə xaricində yaşayan istedadlı italiyalı uşaqlardan hesab olduğu üçün "Milan"a çağrılıb. 3 gün ərzində məşqçilər ona baxıb və bəyəniblər. Səhv etmirəmsə, hətta kubok da veriblər. Ən yaxşı ikinci kimi Lorenzo seçilib. Bütün italiyalılar ildə bir dəfə olmaqla, hər il İtaliyaya gedirlər.

Ayın 30-u qayıdacaq. Aprelin 12-dən etibarən isə "Neftçi" "İzmir Cup"da iştirak edəcək. Lorenzo da orda olacaq".


Facebook-da paylaş

Xəbəri paylaş