Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qobustan rayonunda seminar keçirilib



Qobustan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.7.3 yarımbəndinin Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbiliği, ilk dəfə səs verən seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusilə ilk dəfə səs verən gənclərin seçki qaydaları ilə bağlı maarifləndirməsi mövzusunda növbəti seminar Cəyirli kəndində keçirilmişdir.

Qobustan rayon Gənclər və İdman idarəsindən BrendSport.az saytına verilən məlumata görə, tədbirdə Qobuystan rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, İdarə Rəisi yanında Şuranın üzvü Elvin Bəhramov, 50 saylı Seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsinin sədri Məsud Əliyev və 26 saylı seçki məntəqəsinin sədri Qarabəy Ağayev gənclər qarçısında çıxış edərək ilk dəfə səsvermə hüququ qazanmış gənclərii, qanunvericilikdə nəzərdə tutulmuş seçki hüququndan düzgün istifadə etmə qaydaları və səsvermə günü şəxsin necə səsverməsi haqqında məlumatlandırdılar və 11 apreldə Prezident Seçkilərində fəal iştirak etməyə dəvət etdilər.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbə






Facebook-da paylaş

Xəbəri paylaş