2 saylı uşaq evində rəsm müsabiqəsi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi keçirilmişdir.
Suraxanı rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, münsiflər heyətində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları yer almışlar.
Müsabiqədə əl işləri ilə fərqlənən uşaq və yeniyetmələr diplom və hədiyyələrlə təltif olunmuşlar.
Alxas
Facebook-da paylaş