PFL rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
BrendSport.az xəbər verir ki, , PFL rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqasının seçmə mərhələsində təşkil olunacaq Sloveniya - Belarus matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 31-də Sloveniyada reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Facebook-da paylaş