Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Maqnus Karlsen: “Adımı Dünya Kubokunun tarixinə yazdırdım”



"Nəhayət, adımı Dünya Kubokunun tarixinə yazdırdım”

BrendSport.az
xəbər verir ki, bunu Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi Maqnus Karlsen turnirin rəsmi saytına açıqlamasında deyib.

Beşqat dünya çempionu kolleksiyasında çatışmayan yeganə titulu qazandığı üçün xoşbəxt olduğunu bildirib: “Klassik şahmata münasibətim hamıya məlumdur. “Norway Chess” turnirindən sonra Bakıya gəlmək barədə qərar qəbul etdim. İlk günlərdə çətin hisslər yaşayırdım. Dünya Kubokunda sona qədər irəliləmək əsas hədəfim idi. Bakıya qalib olmaq üçün gəlmişdim. Dünya Kubokunu qazandığım üçün xoşbəxtəm”.

Norveçli qrossmeyster dünya şahmat tacı uğrunda mübarizənin formatının dəyişdirilməsinin vacibliyini qeyd edib: “Beynəlxalq Şahmat Federasiyası qaydaları yenidən nəzərdən keçirməlidir. Klassik şahmatda islahat olmalıdır. Oyuna verilən zaman azaldılarsa, daha maraqlı mübarizə izləmək mümkündü. Qəti qərar söyləmək üçün müzakirələr lazımdır. Qaydalar dəyişərsə, yenidən çempionluq uğrunda mübarizəyə qayıtmaq ehtimalım var”.


Facebook-da paylaş

Xəbəri paylaş