Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Rakuv”un kapitanı: “Qarabağ”ın tempinə uyğun çıxış etməliyik”



“Qarabağ”ın tempinə uyğun çıxış etməliyik”.

BrendSport.az xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun kapitanı Zoran Arseniç “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi cavab matçında diqqətli oynamağın onlar üçün çox vacib olduğunu söyləyib: “Bu mərhələyə gəlib çıxdığımıza görə şadıq. Çempionlar Liqasında mübarizə aparmaq qürurvericidir. Sabahkı görüşə də ciddi hazırlaşmışıq. “Qarabağ” kifayət qədər güclü komandadır. Bakıda daha diqqətli olmalıyıq”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək. Polşada keçirilən ilk görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş