“Liverpul” “Frayburq”da çıxış edən yetirməsi Rayan Kenti geri qaytarır
Bundesliqa təmsilçisinin saytının yaydığı xəbərə görə, 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb.
“Liverpul” 6 ay əvvəl Kenti 1 illik icarəyə versə də, 21 yaşlı futbolçunun lazımi qədər oyun praktikası qazana bilməməsi səbəbindən onu heyətinə qaytarır.
Qeyd edək ki, Bundesliqada cəmi 6 oyuna çıxan Rayan Kent bunların heç birində 90 dəqiqə mübarizə aparmayıb.
Facebook-da paylaş