Əsas Səhifə > Digər > “Liverpul” “Frayburq”da çıxış edən yetirməsi Rayan Kenti geri qaytarır

“Liverpul” “Frayburq”da çıxış edən yetirməsi Rayan Kenti geri qaytarır


12-01-2018, 10:14


Bundesliqa təmsilçisinin saytının yaydığı xəbərə görə, 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

“Liverpul” 6 ay əvvəl Kenti 1 illik icarəyə versə də, 21 yaşlı futbolçunun lazımi qədər oyun praktikası qazana bilməməsi səbəbindən onu heyətinə qaytarır.

Qeyd edək ki, Bundesliqada cəmi 6 oyuna çıxan Rayan Kent bunların heç birində 90 dəqiqə mübarizə aparmayıb.
Geri qayıt