Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Liverpul"dan rekord transfer



"Liverpul" növbəti transferini həyata keçirib.

Klubun saytının yaydığı xəbərə görə, İngiltərə təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Nabi Keytanı heyətinə cəlb edib. Tərəflər arasında razılığa əsasən, 22 yaşlı oyunçu 2018-ci ilin iyulundan "Liverpul"da oynayacaq. O, mövsümün sonuna kimi Almaniya klubunda çıxış edəcək. N.Keyta İngiltərə təmsilçisində əfsanəvi kapitan Stiven Cerrardın geyindiyi 8 nömrəli forma geyinəcək.

Britaniy mətbuatı bu transfer üçün "Liverpul"un ən azı 75 milyon avro ödəyəcəyini yazıb. Bu isə klub tarixinin ən bahalı transferi deməkdir.


Facebook-da paylaş

Xəbəri paylaş