Kanada komandalarının Stenli Kuboku həsrəti 30 ilə yüksəldi
MHL-də Stenli Kuboku uğrunda mübarizə davam edir. BrendSport.az xəbər verir ki, mempionatda mübarizə aparan yeganə Kanada təmsilçisi “Edmonton Oylers” də çıxışını başa vurub.
“Neftçilər” Qərb konfransının yarımfinal seriyasında “Veqas Qolden Nayts”la bacarmayıb. Buna qədər pley-offda “Toronto Meypl Lifs” və “Vinnipeq Cets” də mübarizəni dayandırmışdı. Beləliklə də, liqada Kanada klublarının titulsuzluq seriyası 30 ilə qədər yüksəlib.
Sonuncu dəfə 1993-cü ildə Kanadadan “Monreal Kanadiens” Stenli Kubokunu qazanmışdı. 30 il əvvəl final seriyasında MXL-in ən titullu komandası “Los Anceles”i 4:1 hesabıyla məğlub etmişdi.
Facebook-da paylaş