İngiltərə klubu satışa çıxarıldı – Müflis olduğuna görə
İngiltərənin “Uiqan” klubu müflis olmaq üzrədi.
BrendSport.az xəbər verir ki, Çempionşip təmsilçisi koronavirus pandemiyası ilə əlaqədar ciddi maliyyə problemləri ilə üzləşib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yaranmış vəziyyətlə əlaqədar klubun sabiq rəsmiləri Pol Stenli, Din Uatson və “Lids”in keçmiş prezidenti Cerald Krasner “Uiqan”a dəvət olunub.
Xəbərdə o da bildirilir ki, klubun büdcəsi son aylarda demək olar ki, tükənib. Stenli, Uatson və Krasnerdən ibarət yeni rəhbərlik əsas hədəflərinin komandanın ən azı bu mövsümü başa vurmasına nail olmaq, həmçinin klubda çalışanların məvaciblərini almasını təmin etmək olduğunu bəyan edib. Həmçinin klubu satın almaq istəyənlərin də rəhbərliyə müraciət etməsi məsləhət görülüb.
İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytının yaydığı məlumata görə isə, “Uiqan”ın 12 xalı silinəcək. Sözügedən komanda hazırda 24 klubun mübarizə apardığı Çempionşipdə 50 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Uiqan” 1932-ci ildə yaradılıb. 88 yaşlı klub uzun illər Premyer Liqada da mübarizə aparıb
Facebook-da paylaş