Qadın futbolçulardan ibarət Kanada və İsveç yığmaları Tokio Olimpiadasının finalına yüksəliblər
Qadın futbolçulardan ibarət Kanada və İsveç yığmaları Tokio Olimpiadasının finalına yüksəliblər.
BrendSport.az xəbər verir ki, yarımfinalda Kanada millisi ABŞ-ı, İsveç yığması isə Avstraliyanı 1:0 hesabı ilə məğlub edib.
Üçüncü yer uğrunda - ABŞ və Avstraliya yığmaları arasında oyun avqustun 5-də təşkil olunacaq. Final matçı isə bir gün sonra baş tutacaq.
Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Facebook-da paylaş