“Tokio-2020”nin beşinci günündə medal qazanan ölkələr siyahısına Yaponiya liderlik edir
İyulun 27-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ikinci günündə 56 ölkənin idmançıları medal qazanıblar.
BrendSport.az xəbər verir ki, medal siyahısına Yaponiya komandası liderlik edir. Bu ölkənin idmançıları 10 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar. İkinci pillədə 9 qızıl, 8 gümüş və 8 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü pillədə isə 9 qızıl, 5 gümüş və 7 bürünc medalla Çin atletləri qərarlaşıblar.
Rusiya Olimpiya Komitəsi 7 qızıl, 7 gümüş, 4 bürünc medalla dördüncü, Böyük Britaniya isə 4 qızıl, 5 gümüş və 4 bürünc medalla beşincidir. Digər pillələrdə Koreya Respublikası (3-2-5), Avstraliya (3-1-5), Kanada (2-3-3), Fransa (2-2-3) və Almaniya (2 qızıl, 3 bürünc) qərarlaşıblar.
Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Facebook-da paylaş