Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cari ildən ölkəmizdə kişi cüdoçular arasında “ACF turu” adı altında yarışlar təşkil olunacaq

Cari ildən ölkəmizdə kişi cüdoçular arasında “ACF turu” adı altında yarışlar təşkil olunacaq

Azərbaycan Cüdo Federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin artırılması, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılması üçün cari ildən “ACF turu” adı altında yarışların keçirilməsini planlaşdırır.

BrendSport.az
xəbər verir ki, ilk belə yarış aprelin 19-da baş tutacaq. Yarışda 26 klub, cəmiyyət və idman təşkilatından 100-dən artıq cüdoçu yeddi çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Yarışda aparıcı cüdoçulardan Nazir Talıbov, Rövşən Əliyev, Əhməd Yusifov (60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov, Kəramət Hüseynov (66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev, Telman Vəliyev, İbrahim Əliyev (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (90 kq), Adil Kərimli, Aslan Mirzəyev, Ruslan Nəsirli (100 kq) və Camal Qamzatxanov (+100 kq) iştirak edəcəklər.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar sentyabrın 22-24-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə vəsiqə qazanacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş