Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əliyulla Abbaszadə: Adımı Azərbaycan bodibildinq tarixinə yazdırdığım üçün çox xoşbəxtəm

Əliyulla Abbaszadə: Adımı Azərbaycan bodibildinq tarixinə yazdırdığım üçün çox xoşbəxtəm


Yarışa çox ciddi hazırlaşmışdım və özümə inamım böyük idi. Turnirə 8 həftəlik gərgin hazırlıq planım oldu. Rəqiblərim çox güclü və titullu idmançılar idi. Adımı Azərbaycan bodibildinq tarixinə yazdırdığım üçün çox xoşbəxtəm.
BrendSport.az
saytı xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İspaniyanın Sevilya şəhərində təşkil olunan bodibildinq üzrə nüfuzlu "Arnold Klassik Avropa" yarışında ölkəmizin idman tarixində ilk dəfə qızıl medal qazanan Əliyulla Abbaszadə deyib.
Ə.Abbaszadə qeyd edib ki, əsas mərhələdə 3 ispaniyalı, meksikalı və çilili idmançılarla titul uğrunda mübarizə aparıb: “Əsas rəqibim İspaniya idmançısı idi. Hər ikimiz 14 xal toplamışdıq. Əlavə göstəricilərə görə, qələbə mənə verildi. İspaniyada yerli idmançılarla mübarizə aparıb və onlara qalib gəlməyin özü də bir uğurdur. Yarışa favorit olaraq qatılmışdım və öz gücümə inanırdım.
Hazırlıq prosesi çox çətin oldu. Bir az çəki problemim var idi. Gərgin hazırlıq prosesi nəticəsində 4-5 kiloqram çəkini atmağa nail oldum. Yarışa nümayəndə və məşqçi heyəti olmadan, həmkarım Rasim Həsənov ilə birgə qatıldıq. Düzdür, müəyyən çətinliklər olsa da, qalib gəlməyi bacardıq".
Ə.Abbaszadə deyib: "Qarşıdakı hədəfim dünya çempionatıdır. Dünya birinciliyi 5 həftə sonra İspaniyada keçiriləcək. Özümə və formama çox güvənirəm. Ümid edirəm ki, həmin yarışda da uğurlu çıxış edib xalqımızı sevindirəcəyəm".
Qeyd edək ki, Azərbaycan idmançıları İspaniyanın Sevilya şəhərində təşkil olunan mötəbər “Arnold Klassik Avropa” yarışında 2 medal qazanıblar. Turnirdə 95 kiloqram çəki dərəcəsində çıxış edən Ə.Abbaszadə bütün rəqiblərini qabaqlayaraq nüfuzlu yarışın qalibi adını qazanıb. Təmsilçimiz, həmçinin mütləq kateqoriyada üçüncü olub. Bu medal Azərbaycan bodibildinq idmanı tarixində "Arnold Klassik" yarışlarında qazanılan ilk mükafatdır. Digər idmançımız Rasim Həsənov isə mens fizik yarışlarında fərqlənərək qızıl medal qazanıb. R.Həsənov mayda İspaniyada təşkil olunan Avropa çempionatında da birinci olub.
"Arnold Klassik Avropa" yarışı 2011-ci ildən keçirilir. Hər il İspaniyada keçirilən yarış məşhur idmançı Arnold Şvartseneqqerin təşəbbüsü və Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının təşkilatçılığı ilə baş tutur.


Facebook-da paylaş

Xəbəri paylaş