İtaliyanın “İl Messaggero” saytı Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalından bəhs edib
İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetinin saytında “Romada Avropa Gənclərinin Yay Olimpiya Festivalının təqdimatı keçirilib” sərlövhəli yazı yerləşdirilib.
BrendSPort.az xəbər verir ki, yazıda carı ilin iyulun 21-28-də ilk dəfə Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının təqdimat mərasiminin paytaxt Romada, IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində keçirilməsi diqqətə çatdırılır.
Bildirilir ki, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirak ediblər.
Qeyd edilir ki, tədbirdə festivalın məşəlinin yandırılması və Azərbaycana ötürülməsi, eyni zamanda oyunların simvolu olan kiçik “zeytun ağacı”nın Azərbaycana təqdim edilməsi mərasimləri keçirilib.
Diqqətə çatdırılıb ki, bu il Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına 50 ölkədən müxtəlif idman növü üzrə 14-18 yaş arası idmançılar qatılacağı gözlənilir.
Yazıda nazir Azad Rəhimovun mətbuat konfransında və tədbirin rəsmi hissəsindəki çıxışlarına yer verilib. Nazirin iyulda keçiriləcək 15-ci Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı sualları cavablandırdığı bildirilib.
AZƏRTAC
Facebook-da paylaş