Ağır atletlərimizin Avropa çempionatında mübarizəsinə yekun vurulub
Batumidə keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları başa çatıb.
Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az-a bildiriblər ki, aprelin 12-də Azərbaycan idmançısı Əliş Nəzərov körpücük üzərinə çıxıb. O, 102 kiloqram çəki dərəcəsində B qrupunda yarışıb. Atletimiz toplam 332 kiloqram (151+181) nəticə ilə öz qrupunda beşinci yeri tutub.
Ümumilikdə 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışda Azərbaycan 6 atletlə təmsil olunub.
Facebook-da paylaş