Ukrayna Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak olub
Ukrayna Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.
BrendSport.az xəbər verir ki, bu barədə ölkənin Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Ukraynalı könüllü əsgər Artyom Saçuk Rusiya işğalçılarına qarşı azadlıq müharibəsində həlak olub”, – federasiya qeyd edib.
Şahmat xadiminin hansı şəraitdə öldüyü hələlik bəlli deyil.
Qeyd edək ki, onun 38 yaşı olub. Saçuk hələ aprel ayında “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilmişdi.
Facebook-da paylaş