Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Təxirə salınan oyunda "Murov" qələbə qazandı



Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Murov” - UNEC oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:12, 25:9.

Beləliklə, böyük fərq ilə qələbə qazanan "Murov" xallarının sayını 6-ya çatdırıb. II turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

22 yanvar
Yüksək Liqa (qadınlar)
II tur
“Murov” – UNEC 3:0 (25:12, 25:12, 25:9)


Facebook-da paylaş

Xəbəri paylaş