Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib



Fevralın 6-da AFFA-nın İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XV turu ilə əlaqədar iclası keçirilib.

BrendSport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, “Zirə”–“Sabah” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimələnib. “Zirə”nin üzvü Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb və klub 1600 manat cərimə edilib. “Zirə” və “Sabah” matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimələnib.

“Qəbələ”–“Sumqayıt” matçında hakimlər otağında lazımı inventarların olmamasına görə klub 1600 manat cərimə olunub.

“Qarabağ”–“Neftçi” matçının 70-ci dəqiqəsində Bakı təmsilçisinin müdafiəçisi Anton Krivotsyuk, 90-cı dəqiqədə isə ev sahibi komandanın üzvü Qara Qarayev ikinci sarı vərəqə alaraq meydanı tərk etdiyi üçün hər iki futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. Matçın 10-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub cəzalandırılıb (800 manat). Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə edilib.


Facebook-da paylaş

Xəbəri paylaş