Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paralimpiyaçı pauerliftinqçilər dünya çempionatına Gürcüstanda hazırlaşacaqlar



Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığma komandası baş məşqçi İlqar İbişovun rəhbərliyi ilə təlim-məşq toplantısı keçirmək üçün Gürcüstanın Bakuriani şəhərinə yola düşüb.

Azərbaycan Paralimpiya Komitəsindən BrendSPort.az-a verilən məlumata görə, komandamızın hazırlığı iyulun 8-dək davam edəcək. Təlim-məşqlər iyulun 12-20-də Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Toplantıdan sonra idmançılarımız dünya çempionatında iştirak etmək üçün birbaşa Qazaxıstanın Nur-Sultan şəhərinə yola düşəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş