Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Panatinaikos”u keçməyin real olduğunu düşünsəydim, üzülərdim” - Roman Qriqorçuk

“Panatinaikos”u keçməyin real olduğunu düşünsəydim, üzülərdim”

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin mətbuatına müsahibə verib. BrendSport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis çalışdırdığı komanda və Azərbaycan futbolu haqda da fikirlər səsləndirib.

- Vaxt tez uçur. Sanki dünən “Çernomorets”lə avrokubokda çıxış edirdiniz. Halbuki, 3 ilə yaxındı Azərbaycanda çalışırsız...

- İşdə bunu hiss etmirsən. Amma düşünəndə görürsən ki, doğrudan da, vaxt uçur.

- “Qəbələ” ilə bu il Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyə bilmədiniz. Yəqin ki, bu sizi çox məyus edir...

- “Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, üzülərdim. Biz hələ əvvəlki mərhələdə “Yagelloniya”ya uduza bilərdik. Çünki Polşa komandası həmin vaxt güclü və yaxşı təşkilatlanmış idi. Elə alındı ki, “Qəbələ” rəqibini mübarizədən kənarlaşdırmağı bacardı. Lakin bunun yetirmələrim üçün maksimum olduğunu başa düşdüm.

- Oyunlar zamanı futbolçulara hansı dildə tapşırıqlar verirsiz?

- Tək-tük futbolçumuz rus dilində başa düşmür. Onlara köməkçilərim yardım edirlər. Əcnəbilərə isə kiçik şeyləri ingilis dilində anlada bilirəm.

- “Çernomorets”i izləyirsizmi?

- Diqqətlə izlədiyimi deməzdim. Amma komandanın nəticələrindən xəbərim var. Bir neçə görüşlərinin icmalına baxmışam. Lakin “Çernomorets”in oyunu haqda ümumi təsvir vermək mənə çətindi.

- Ukraynada olduğu kimi, Azərbaycanda da əsas prioritet avrokuboklardı?

- Ola bilər. Bunu azarkeşlərin oyunlara olan marağı ilə izah edə bilərəm. Stadionlarda anşlaq, demək olar ki, Çempionlar Liqası, Avropa Liqası görüşlərində və milli komandanın matçlarında olur.

- Kiyev “Dinamo”sunun Avropa Liqasındakı rəqibi “Skenderbeu” ilə vaxtilə “Çernomorets”in çalışdırıcısı kimi qarşılaşmısız. Həmin matçı məşqçilik karyeranızın ən dramatik oyunu adlandırmaq olar?

- Bəli. Amma yaxşı sonluqla başa çatmışdı (gülür).


Facebook-da paylaş

Xəbəri paylaş