Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycanın idmançıları batut gimnastikası üzrə 32-ci dünya çempionatının finalınadək irəliləyiblər




Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya çempionatı başa çatıb. Otuz dörd ölkədən iştirakçıların qatıldıqları çempionatda Azərbaycanı Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirov təmsil ediblər.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, ölkəmizdə 2013-cü ildən inkişaf etdirilən bu idman növü üzrə gimnastlarımız artıq dördüncü dəfədir dünya çempionatında güclərini sınayıblar. Ən güclü gimnastların qatıldıqları gərgin idman mübarizəsində Svetlana Makştaryova-Veronika Zemlyanaya cütlüyü sinxron proqramda ilkə imza ataraq finala qədər irəliləyiblər. Gimnastlarımız həlledici mərhələdə mübarizəni yeddinci pillədə başa vurublar. Svetlana Makştaryova, həmçinin fərdi proqram üzrə də 60 ölkənin iştirakçıları arasından yarımfinala yüksəlib və bu mərhələdə 17-ci olub.

Bu turnir ölkəmiz üçün daha bir hadisə ilə əlamətdar olub. Belə ki, məhz batut gimnastikası üzrə dünya çempionatında ilk dəfə olaraq Azərbaycan təmsilçisi Kamil Quliyev yarışlarda hakimlik edib.

Hazırda gimnastlarımız Sofiyada keçiriləcək Dünya Yaş qrupu yarışlarına hazırlaşırlar. Noyabrın 16-dan 19-dək keçiriləcək yarışlarda ölkəmizi batut və tamblinq yarışlarında Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Zeynəb Qasımlı və Selcan Mahsudova təmsil edəcəklər.

Xatırladaq ki, 2018-ci il aprelin 12-dən 15-dək batut, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Bakıda keçiriləcək.

Azərtac.az


Facebook-da paylaş